İstifadəçi Razılaşması

“LEGALUIS” PLATFORMASININ ADMİNİSTRASİYASI İNTERNET İSTİFADƏÇİLƏRİNƏ BU RAZILAŞMADA GÖSTƏRİLƏN ŞƏRTLƏR ƏSASINDAPLATFORMADAN VƏ XİDMƏTLƏRİNDƏN İSTİFADƏ ETMƏK TƏKLİF EDİR.

Bu təkliflə (oferta) razılaşaraq, siz tərəflərin hüquqlarını, öhdəliklərini və təminatlarını, habelə Platformadan və Platformanın xidmətlərindən istifadə zamanı məcburi qaydaları müəyyən edən bu Razılaşmanı bağlamış olursunuz. Razılaşma İstifadəçinin onun şərtlərini qəbul etdiyi (aksept) andan bağlanmış hesab olunur. İstifadəçinin www.legaluis.com internet resursunda qeydiyyatdan keçməsi faktı şərtlərin qəbulu (Razılaşmanın bağlanması) hesab olunur. İstifadəçi bu Razılaşmanın hər hansı müddəaları ilə razılaşmadıqda, qeydiyyatdan keçməməklə onu bağlamaqdan imtina etmək hüququna malikdir.

İstifadəçi Razılaşması — Ümumi Oferta

Bu Razılaşma birlikdə “Tərəflər”, ayrılıqda bir tərəfdən “Administrasiya” adlandırılacaq “Legaluis” internet resursunun və mobil əlavənin (platforma) sahibi hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Yolçuyev Ruslan Kamran oğlu (VÖEN:1600929402), digər tərəfdən “İstifadəçi” adlandırılacaq platformanın və xidmətlərin istifadəçiləri arasında aşağıdakı razılaşdırılmış şərtləri müəyyən edir. Tərəflər anlayır ki, Administrasiya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405-411-ci maddələrinin tələblərini rəhbər tutaraq, qeyri-müəyyən bir dairəyə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının icazə verdiyi hədlərdə platformadan istifadə etməklə hüquqi xidmətləri göstərməyi və bununla əlaqədar bu Razılaşmanı bağlamağı açıq şəkildə təklif edir.

1. Anlayışlar

1.1. Bu Razılaşmada bunlarla məhdudlaşmayan aşağıdakı anlayışlardan istifadə olunur:

PlatformaWWW.LEGALUIS.COM veb ünvanında yerləşdirilmiş internet resursu, müxtəlif əməliyyat sistemləri əsasında internet resursuna əlavələr və başqa xidmətlər, mobil əlavə, proqram təminatı, habelə Administrasiya və İstifadəçi tərəfindən yerləşdirilmiş məlumat bazasından ibarət olan informasiya sistemidir.

Administrasiya – Platforma üzərində mülkiyyət hüquqlarına və onu idarəetmə səlahiyyətlərinə malik olan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Yolçuyev Ruslan Kamran oğludur.

Administrasiyanın Xidmətləri – Administrasiya tərəfindən Razılaşmaya əsasən İstifadəçiyə onlayn qaydada göstərilən hüquqi xidmətlər, o cümlədən sənəd layihələrinin hazırlanması, sənədlərin hüquqi ekspertizası (lakin bununla məhdudlaşmayan) və buna müvafiq hüquqi xidmətləri əhatə edir.

İstifadəçi – Administrasiyanın xidmətlərinin sifariş edilməsi və satınalınması üçün platformanın xidmətlərindən istifadə edən, eləcə də razılaşma şərtlərini qəbul etmiş istənilən mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxs, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məğşul olan fiziki şəxs və ya qanunvericiliyə uyğun şəkildə dövlət qeydiyyatından keçmiş və fəaliyyət göstərən hüquqi şəxsdir.

Aksept – İstifadəçinin bu Razılaşmanın bütün müddəalarına ümumi oferta və onun Əlavələri (əgər varsa) ilə müəyyən edilmiş şərtlərlə qeyd-şərtsiz və istisnasız olaraq razılığını ifadə etməsidir (qəbul etməsidir). İstifadəçi platformada qeydiyyatdan keçdikdən sonra, bu Razılaşma onun tərəfindən qəbul edilmiş hesab olunur.

Şəxsi kabinet – bu, İstifadəçi mühitinin onun tərəfindən müəyyən edilmiş (yerləşdirilmiş) məlumatlar və qurmalar məcmusudur. Hər bir İstifadəçinin yalnız bir Şəxsi kabinetə malik olmaq hüququ var.

İstifadəçinin hesab və şəxsi məlumatları – İstifadəçinin qeydiyyat vaxtı və ya platformanın xidmətlərindən istifadə edərkən sərbəst şəkildə özü haqqında təqdim etdiyi şəxsi məlumatlar daxil olmaqla istənilən informasiya, Platformadan istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən məlumat, o cümlədən IP-ünvan, cookie-dən məlumat, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında başqa məlumatlardır.

LEGALUIS app. – İstifadəçinin mobil cihazlarına yüklənən və ona Administrasiyanın xidmətləri, onların sifariş və icra şərtləri, həyata keçirdiyi loyallıq proqarmı və aksiyaları ilə tanış olmaq, xidmətləri seçmək, sifariş etmək, qiymət və icra müddəti barədə məlumat almaq, icra olunmuş sifarişlərin nəticəsi olan sənədləri onlayn yükləmək, onlayn ödəniş etmək və s. əməliyyatları həyata keçirmək və izləmək imkanı verən proqram təminatıdır.

Aksiya (kampaniya) – İstifadəçilərdə Administrasiyanın xidmətlərinə loyallığı artıran platformanın funksionallığıdır.

Keşbək – İstifadəçinin Platformanın funsionallığından istifadə etməklə ödədiyi sifariş qiymətinin müəyyən hissəsinin ona geri qaytarılması prosesi nəticəsində yaranan xüsusi balansdır. İstifadəçi keşbək balansındakı məbləği yalnız sifariş qiymətinin ödənişi üçün istifadə edə bilər.

Dəstək xidməti – İstifadəçilərə onların sorğuları üzrə məsləhətlər verən, həmçinin bu Razılaşmada nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirən İcraçının xüsusi xidməti (xüsusilə, texniki məsələlərdə, avans ödənişlərinin qaytarılması məsələlərində və s. üzrə İstifadəçilərə köməklik göstərir).

2. Razılaşmanın predmeti

2.1. İstifadəçi WWW.LEGALUIS.COM internet resursunda qeydiyyatdan keçməklə və ya LEGALUIS app. proqram təminatını mobil cihazına yükləməklə Administrasiyanın Platforma üzərindən təklif etdiyi xidmətləri, onların sifariş və icra şərtləri, həyata keçirdiyi loyallıq proqramı və aksiyaları ilə tanış olmaq, Administrasiyanın xidmətlərini sifariş etmək və satınalmaq üçün platformanın xidmətlərindən istifadə edir. Platformada qeydiyyat və onun funksional imkanlarından istifadə pulsuz, Administrasiyanın xidmətləri isə ödənişli əsaslarla həyata keçirilir.

2.2. Administrasiyanın və Platformanın xidmətləri “As is” prinsipi əsasında təqdim edilir və xidmətlərin İstifadəçinin məqsəd və gözləntilərinə uyğun olmasına Administrasiya zəmanət vermir.

2.3. Administrasiya istənilən vaxt platformanın funksionallığında İstifadəçini məlumatlandırmadan dəyişiklik edə bilər. İstifadəçi dəyişikliklərlə müstəqil şəkildə platformada tanış olmaq öhdəliyi daşıyır.

2.4. Bu Razılaşma ictimai ofertadır və İstifadəçı anlayır və razılaşır ki, onun aksept edilməsi ilə Razılaşma bağlanmış hesab olunur və həmin andan hüquqi qüvvəyə minir.

2.5. Platforma İstifadəçi üçün qeyri-kommersiya xarakteri daşıyır və İstifadəçi Administrasiyanın razılığı olmadan Platformadan öz kommersiya məqsədləri üçün istifadə edə bilməz.

3. Platformada qeydiyyat

3.1. Platformada qeydiyyatdan keçdikdən və ya LEGALUIS app. proqram təminatını mobil cihazına yüklədikdən sonra İstifadəçi platformanın xidmətlərindən istifadə hüququ əldə edir.

3.2. Qeydiyyatdan keçərkən İstifadəçinin hesab və şəxsi məlumatları göstərilir. Qeydiyyatdan keçdikdən sonra İstifadəçinin qeydiyyat zamanı bildirdiyi elektron poçt ünvanına şəxsi kabinetinin aktivləşdirilməsi və qeydiyyat məlumatlarının yekun təsdiqi üçün Login və hiperlink göndərirlir. İstifadəçi şəxsi kabinetində məlumatları daxil etməklə, şəxsi parolunu qeyd etməli və İstifadəçi adını yaratmalıdır. İstifadəçi hesab və şəxsi məlumatlarını dəyişə bilər.

3.3. İstifadəçi öz hesab və şəxsi məlumatlarının məxfiliyini qorumalı və onları 3-cü şəxslərə yaymamalıdır. Qanunvericiliyə uyğun olaraq, İstifadəçinin maraqlarını təmsil etmək və onun adından çıxış etmək hüququ əldə etmiş şəxslər istisna olmaqla, İstifadəçi platformaya giriş üçün öz hesab və şəxsi məlumatlarını birbaşa və ya dolayı yolla 3-cü şəxslərə vermək hüququna malik deyildir.

3.4. İstifadəçinin hesab və şəxsi məlumatlardan istifadə edilməklə həyata keçirilən istənilən hərəkətlər İstifadəçinin özü və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilmiş hesab olunur və həmin hərəkətlər nəticəsində bu Razılaşmanının və qanunvericiliyin tələblərinin pozulmasına görə İstifadəçi şəxsən məsuliyyət daşıyır.

3.5. İstifadəçinin şəxsi məlumatlarının yayılması və ya 3-cü şəxslər tərəfindən əldə olunması şübhələri olduqda özü tərəfindən və ya Administrasiyanın tələbi ilə İstifadəçi dərhal hesab və şəxsi məlumatlarını dəyişməlidir.

3.6. Administrasiya təminat vermir ki, İstifadəçilər qeydiyyat məlumatlarında göstərilən fiziki və ya hüquqi şəxslərdir və onlar əsl kimliklərini göstərmişlər. Administrasiya İstifadəçilərin qeyd etdikləri məlumatların doğruluğuna görə məsuliyyət daşımır. Bu cür məlumatların doğruluğuna, başqa şəxslərin hüquqlarının pozulmasına, Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulmasına görə İstifadəçilər şəxsən məsuliyyət daşıyırlar.

3.7. Administrasiya İstifadəçi tərəfindən qeydiyyat zamanı verilən məlumatların yoxlanması üçün xüsusi vasitələrdən istifadə etmək və İstifadəçinin şəxsi kabinetinə girişini bloklaşdırmaq hüququnu özündə saxlayır.

3.8. Administrasiya qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, İstifadəçinin qeydiyyat zamanı təqdim etdiyi hesab və şəxsi məlumatların 3-cü şəxslərə verilməməsinə zəmanət verir.

3.9. İstifadəçinin şəxsi kabinetinə icazəsiz giriş və/və ya şəxsi məlumatlarının yayılması və ya 3-cü şəxslər tərəfindən əldə olunması şübhələri olduqda İstifadəçi Dəstək Xidməti vasitəsilə Administrasiyaya dərhal məlumat verməyə borcludur.

3.10. İstifadəçinin şəxsi kabinetinə icazəsiz giriş və/və ya şəxsi məlumatlarının yayılması və ya 3-cü şəxslər tərəfindən əldə olunması şübhələri olduqda, istənilən vaxt Administrasiyaya (Dəstək Xidmətinə) bütün hallar aydınlaşana qədər şəxsi kabinetinə girişinin müvəqqəti bloklanması tələbi ilə müraciət etmək hüququna malikdir.

4. Platformadan və xidmətlərdən istifadə

4.1. İstifadəçi Platformada Administrasiyanın əsasən 3 növ xidmətlərindən istifadə edə bilər:

4.1.1. Sənəd layihələrinin hazırlanması və Platforma üzərindən əldə edilməsinin sifariş verilməsi;

4.1.2. İstifadəçidə mövcud olan sənəd layihələrinin hüquqi təhlilinin aparılması və bununla əlaqədar sənəd üzərində qeydlərin, düzəlişlərin edilməsi və ya rəy və arayışların Platforma üzərindən əldə edilməsinin sifariş verilməsi;

4.1.3. Administrasiyanın Platformada təklif etdiyi digər xidmətlər.

4.2. Administrasiyanın xidmətlərini yalnız Platformada qeydiyyatdan keçmiş İstifadəçi sifariş verə bilər.

4.3. Administrasiyanın xidmətlərinin sifariş verilməsi İstifadəçi tərəfindən müstəqil şəkildə və Platformada nəzərdə tutulan qaydada həyata keçirilir.

4.4. İstifadəçi tərəfindən Platforma üzərindən sifariş verilmiş xidmətlərin qiymətinin ödənilməsi bu Razılaşmanın 5-ci maddəsində nəzərdə tutulan qaydada həyata keçirilir.

4.5. İstifadəçiyə sifariş verdiyi xidmətin qiyməti və icra müddəti Administrasiya tərəfindən Platforma üzərindən ən qısa müddətdə, lakin 24 saatdan gec olmayaraq bildirilir. İstifadəçi tərəfindən bu Razılaşmanın 5-ci maddəsində nəzərdə tutulan qaydada avansın ödənilməsi onun tərəfindən sifarişin təsdiq olunması hesab olunur və onun sifariş verilmiş xidmətin (xidmətlərin) satınalmasına və qiymətinə razılığını ifadə edir.

4.6. Sifariş İstifadəçi tərəfindən bu Razılaşmanın 5-ci maddəsində qeyd olunan ödəmə üsulunun seçilib təsdiq edilməsi və avans ödənişinin həyata keçirilməsindən sonra icraya qəbul edilmiş hesab olunur. Sifariş icraya qəbul edildikdən sonra İstifadəçi tərəfindən sifarişin icra müddətinin yalnız ilk 20 faizi (lakin 1 saatdan çox olmamaqla) ərzində dəyişdirilə və ya ləğv edilə bilər. Sifarişin icraya qəbul edilməsindən sonra icra müddətinin 50 faizindən artıq (lakin 4 saatdan çox olmamaqla) müddət keçdikdən sonra isə sifariş dəyişdirilə və ya ləğv edilə bilməz. Sifarişin dəyişdirilməsi və ya ləğv edilməsi halında İstifadəçi tərəfindən ödənilmiş avansın geri qaytarılması və ya onunla hesablaşmanın aparılması bu Razılaşmanın 6-cı maddəsində nəzərdə tutulan qaydada həyata keçirilir.

4.7. İstifadəçi anlayır və razılaşır ki, Sifarişin icra olunması üçün Administrasiya tərəfindən təyin olunan müddət təxmini hesablanmış müddətdir və Administrasiya yubanma və gecikmələrə görə məsuliyyət daşımır. Sifarişin icrası üzrlü səbəblərdən (texniki nasazlıq, ərazi üzrə internetin verilişində fasilələr və s.) yubadıldıqda və ya gecikdirildikdə İstifadəçi yubanma və ya gecikməyə görə Administrasiyaya pretenziya və ya ziyana görə tələb irəli sürə bilməz.

4.8. Administrasiya tərəfindən Sifarişin icrası başa çatdırıldıqda, İstifadəçiyə Platforma üzərindən sənədin layihəsinin (icranın nəticəsi) müəyyən hissəsi ilə tanış olmaq imkanı yaradılır. İstifadəçi tərəfindən bu Razılaşmanın 5-ci maddəsində qeyd olunan ödəmə üsulunun seçilib təsdiq edilməsindən və sifariş verilmiş xidmətin qalıq qiymətinin ödənişinin həyata keçirilməsindən sonra İstifadəçinin şəxsi kabinetinə və Platformada qeyd etdiyi elektron poçt ünvanına sənəd layihəsini (xidmətin nəticəsini) tam yükləmək üçün hiperlink göndərilir. Hiperlink vasitəsi ilə sənəd layihəsini yükləmək üçün İstifadəçi hiperlinki aldığını təsdiq etməlidir. Sənəd layihəsi sifarişin xarakterindən asılı olaraq Microsoft Word Document (.docx) və ya Microsoft Excel Worksheet (.xlsx) formatında yüklənir.

4.9. İstifadəçi sənəd layihəsini yüklədikdən sonra 3 gün ərzində sənəd layihəsində düzəliş edilməsi və ya əlavələr edilməsi üçün bir dəfə Administrasiyaya sorğu göndərə bilər. Administrasiya İstifadəçinin sorğusunu ödənişsiz qaydada icra edir.

4.10. İstifadəçi anlayır və razılaşır ki, Administrasiya İstifadəçinin Sifarişini onun Platformada qeyd etdiyi məlumatlar və istəkləri əsasında icra edir, İstifadəçinin Sifarişinə spesifik şablon şəklində hazırlayır və icranın nəticəsinin (sənəd layihəsi) İstifadəçinin məqsəd və gözləntilərinə tam uyğunluğuna Administrasiya zəmanət vermir və buna görə məsuliyyət daşımır.

4.11. Sifarişin statusu barədə məlumatlar İstifadəçiyə aşağıdakı kommunikasiya kanalları vasitəsi ilə çatdırıla bilər:

4.11.1. Mail göndərmə;

4.11.2. Push-Bildirişlər;

4.12. İstifadəçi Platformanın xidmətlərindən istifadə edərkən eyni və ya oxşar xidmətlər göstərən internet resursları və ya platformaları reklam etməməyi, paylaşdığı məlumatlarda, qeydlərdə və açıqlamalarda onlara istinad etməməlidir.

4.13. İstifadəçi platformanın infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkət etməməli, Administrasiyanın ilkin yazılı icazəsi olmadan Platformada olan informasiyanı köçürməməli, təkrar etməməli, dəyişdirməməli, yaymamalı və ictimaiyyətə təqdim etməməli, platformaya girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə platformanın işinə mane olmamalı, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olan hərəkətlər etməməlidir.

4.14. İstifadəçi platforma üzərindən təqdim etdiyi məlumatlarda, şərhlərində, qeydlərində və açıqlamalarında aşağıdakı halların olmayacağına dair öhdəlik götürür:

– yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma;

– dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratma;

– oğurluq və ya saxta əşyalarla sazişlərin bağlanmasını aparma;

– üçüncü şəxsin mülkiyyət hüququnu pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatının toxunulmazlıq hüququna qəsd etmə;

– özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu təhqir edən məlumatları saxlama;

– böhtan və ya təhdid xarakterli məlumatlar və bəyanatlar;

– cinayətin törədilməsinə çağırma, həmçinin millətlərarası düşmənçiliyi qızışdırma;

– terror və ekstremist fəaliyyətə çağırmaq və ya dəstəkləmək;

– əxlaqsız və ya pornoqrafik xarakterli məlumatları və ya materialları yaymamaq;

– özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün və ya onun hissəsinin və ya şəxsi informasiyanın və ya başqa məlumatların mənimsənməsinə yönəldilmiş;

– istehlakçıların hüquqlarını pozan, bazarı və rəqabəti məhdudlaşdıran məlumatlar;

– üçüncü şəxslərin intellektual mülkiyyət hüquqlarını pozmaq.

4.15. İstifadəçi təqdim etdiyi məlumatlarda, şərhlərdə, qeydlərdə, açıqlamalarda 3-cü şəxslərin hüquqlarının pozulmasına səbəb olan ifadələrə görə, habelə istənilən hərəkətləri ilə qanunvericiliyin və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulmasına görə şəxsən məsuliyyət daşıyır. Administrasiya qeyd olunan halları aşkar etdikdə və ya 3-cü şəxslərin bu barədə əsaslandırılmış müraciətini aldıqda İstifadəçinin qeydiyyatını bloklaşdıra və ya tamamı ilə ləğv edə bilər.

5. Ödəniş şərtləri

5.1. Sifariş edilmiş xidmətlərin icrası Administrasiya tərəfindən ödənişli əsaslarla həyata keçirilir. İstifadəçi Platformanın müvafiq ödəmə funksiyasından istifadə edərək Sifariş etdiyi xidmətin qiymətini ödəyir.

5.2. Xidmətlərin qiyməti bütün vergilər və rüsumlar nəzərə alınmaqla, hər sifariş üzrə Administrasiya tərəfindən ayrıca müəyyən olunur. Xidmətin qiyməti Azərbaycan manatı ilə ödənilir.

5.3. Xidmətlərin qiymətinin ödənişi 2 tranşda – avans və qalıq hissənin ödənilməsi yolu ilə nağdsız qaydada həyata keçirilir. Avansın məbləği xidmətin qiymətinin 20 faizindən 40 faizinə kimi təşkil edə bilər və bu faiz məbləği Administrasiya tərəfindən müəyyən olunur.

5.4. İstifadəçi xidmətin qiymətini ödəniş edərkən ondan ekvayerin, ödəniş aqreqatorunun, bankın və s. komissiya və ya haqqı tutula bilər. Administrasiya belə komissiyanın mövcud olmasına və ya üçüncü şəxslərin xidmətlərinin ödənilməsinə görə məsuliyyət daşımır.

5.5. Pul vəsaitlərinin köçürülməsi (ödənişlərin qəbulu) üçün maliyyə xidmətlərinin göstərilməsi Şərtləri və Qaydaları bankların və ya maliyyə təşkilatlarının rəsmi internet səhifələrində yerləşdirilir.

5.6. İstifadəçi anlayır və razılaşır ki, bankların və maliyyə qurumlarının xidmətlərindən istifadə edərək Administrasiyaya ödəniş edərkən, bu cür qurumların Tariflərinə uyğun olaraq pul köçürmələri üçün onların komissiyalarını müstəqil şəkildə ödəyəcəkdir və Administrasiya bu cür ödəmələr üçün məsuliyyət daşımır.

5.7. İstifadəçi ödəniş öhdəliyini Platformada təqdim olunan aşağıdakı ödəmə üsullarından birini seçməklə yerinə yetirə bilər:

5.7.1. Onlayn ödəniş – İstifadəçi bu ödəmə üsulunu seçdikdə, İstifadəçi ödənişi Platformada təqdim olunan müvafiq onlayn ödəmə funksiyası vasitəsi ilə həyata keçirir. Administrasiya ödənişlərin prosessinqi üçün üçüncü tərəf olan ödəniş xidməti təminatçısından istifadə edir.

5.8. Keşbəklə ödəniş – İstifadəçi bu ödəmə üsulunu yalnız Loyallıq proqramı çərçivəsində topladığı keşbək balansı müvafiq olaraq avansın və ya qalıq hissənin tam ödənişinə kifayət etdikdə seçə bilər. İstifadəçi bu ödəmə üsulunu seçdikdə, xidmətin qiymətinin avans və ya qalıq hissəsinə bərabər olan məbləğ İstifadəçinin keşbək balansından avtomatik olaraq tutulur. Bu halda İstifadəçinin keşbək balansı ödəniş məbləğində azalır.

5.9. İstifadəçi sifarişin qiymətinin Platformada təqdim olunan ödəmə üsulları ilə ödənişinə razılıq verir.

6. Vəsaitin geri qaytarılması

6.1. Aşağıdakı hallarda İstifadəçi tərəfindən ödənilmiş vəsait Administrasiya tərəfindən İstifadəçiyə tam və ya qismən geri qaytarılır, keşbəklə həyata keçirilən ödənişlər isə keşbək balansında bərpa olunur:

6.1.1. Sifarişin icra müddətinin ilk 20 faizi (1 saatdan çox olmamaqla) ərzində sifariş ləğv edildikdə – Avans məbləğinin 100 faizi;

6.1.2. Sifarişinin icra müddətinin ilk 20 – 30 faizi aralığında (2 saatdan çox olmamaqla) sifariş ləğv edildikdə – Avans məbləğinin 80 faizi məbləğində;

6.1.3. Sifarişinin icra müddətinin ilk 30 – 40 faizi (3 saatdan çox olmamaqla) aralığında sifariş ləğv edildikdə – Avans məbləğinin 60 faizi məbləğində;

6.1.4. Sifarişinin icra müddətinin ilk 40 – 50 faizi (4 saatdan çox olmamaqla) aralığında sifariş ləğv edildikdə – Avans məbləğinin 40 faizi məbləğində;

6.1.5. Məhkəmənin və ya dövlət orqanının qərarı və ya fors majorun təsiri altında Administrasiyanın fəaliyyəti dayandırıldıqda və bununla əlaqədar sifarişin icrası qeyri-mümkün olduqda – ödənilmiş vəsaitin 100 faizi məbləğində;

6.1.6. Sifariş bu Razılaşmanın 6.1.1-6.1.4-cü bəndlərində qeyd olunan müddətlərdə dəyişdirildikdə yeni sifariş olunan xidmətin qiyməti ilə dəyişdirilən xidmətin qiyməti fərqli olduqda Tərəflər arasında fərqin hesablaşması aparılır. Bu halda bu Razılaşmanın 6.1.1-6.1.4-cü bəndləri üzrə İstifadəçiyə qaytarılmalı vəsaitlə yeni sifariş olunan xidmət üzrə ödəniləcək vəsait (avans) arasında “mənfi” fərq yarandıqda, yalnız yaranmış fərq İstifadəçiyə geri qaytarılır və ya sifarişin icrasına görə İstifadəçi tərəfindən Administrasiyaya ödəniləcək yekun məbləğdə nəzərə alınır, “müsbət” fərq yarandıqda isə İstifadəçi yeni sifariş olunan xidmətə görə fərq məbləğində avans ödəyir.

6.1.7. Sifarişin icra müddətinin 50 faizi (4 saatdan çox olmamaqla) keçdikdən sonra sifariş İstifadəçi tərəfindən dəyişdirildikdə və ya ləğv edildikdə Administrasiya tərəfindən İstifadəçiyə ödənilmiş vəsait geri qaytarılmır.

6.2. Pul vəsaitlərinin qaytarılması İstifadəçinin Platformanın “Dəstək xidməti”nə göndərdiyi Ərizə əsasında həyata keçirilir.

6.3. Vəsaitin geri qaytarılması üçün ərizə İstifadəçi tərəfindən aşağıdakı məlumatlar məcburi göstərilməklə istənilən formada verilir: geri qaytarılma səbəbləri, ödəyicinin (fiziki və ya hüquqi şəxs) adı, VÖEN (hüquqi şəxs üçün) və ya fiziki şəxsin soyadı, atasının adı və ya şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi, sənədi verən orqanın adı, hüquqi şəxsin hüquqi və faktiki ünvanı və ya fiziki şəxsin yaşayış yeri və vəsaiti alanın əlaqə nömrəsi, alanın bank rekvizitləri.

6.4. Dəstək xidməti belə Ərizəni emal edir və Ərizənin alınmasından sonra 10 (on) iş günü ərzində vəsaiti geri qaytarır.

6.5. Vəsaitlər Azərbaycan manatı ilə və nağdsız qaydada geri qaytarılır və geri qaytarılma ilə bağlı xərclər (bank komissiyası və s.) İstifadəçi tərəfindən ödənilir.

7. Müəllif hüquqları

7.1. Platformada yerləşdirilən bütün obyektlər, proqram kodu, ticarət nişanları, o cümlədən dizayn elementləri, mətn, qrafika, illüstrasiyalar, videolar, skriptlər, proqramlar, musiqi, səslər və digər obyektlər və onların kolleksiyaları Administrasiyanın və digər sahiblərin müstəsna hüquqlarının obyektidir və bütün bu hüquqlar qorunur. Müəllif hüququ sahibinin əvvəlcədən icazəsi olmadan bu obyektlərin hər hansı biri tam və ya qismən surəti çıxarıla (çoxaldıla), emal oluna, yayıla, çərçivədə nümayiş etdirilə, nəşr oluna, yüklənə, köçürülə, satıla və ya başqa şəkildə istifadə edilə bilməz.

7.2. Bu Razılaşmada heçnə əqli mülkiyyətə müstəsna hüquqların və ya ondan istifadə hüquqlarının başqa şəxsə ötürülməsi kimi qəbul edilə bilməz.

8. Konfidensiallıq və Fərdi məlumatların qorunması

8.1. Platformada qeydiyyatdan keçərkən və xidmətlərdən istifadə edərkən İstifadəçi özü haqqında Administrasiyanın İstifadəçi qarşısında öhdəliklərini yerinə yetirmək üçün istifadə etmək hüququna malik olan məlumatları təqdim edir. İstifadəçi təqdim olunan məlumatların düzgünlüyünə və etibarlılığına görə məsuliyyət daşıyır.

8.2. İstifadəçi şəxsi məlumatlarını Platformada yerləşdirməklə bunu könüllü etdiyini və onları işlənmək üçün Administrasiyaya könüllü təqdim etdiyini təsdiq edir.

8.3. İstifadəçi şəxsi məlumatlarını təqdim etməklə Administrasiyaya onun şəxsi məlumatlarının “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bu Razılaşma ilə müəyyən edilmiş məqsədlər üçün işlənməsinə və istifadəsinə, habelə Administrasiyanın xidmətlərini müxtəlif yollarla, o cümlədən məlumat bazalarında avtomatlaşdırılmış toplama və saxlamanın həyata keçirilməsi, İstifadəçinin bu məsələlərlə bağlı suallarının və məsləhətlərinin Platformada dərc edilməsi, şəxsi məlumatların təhlili, habelə onların ötürülməsi yolu ilə təşviq etmək məqsədi ilə etibarlılığı məhdudlaşdırılmadan üçüncü şəxslərə və transsərhəd köçürməsinə məhdudiyyətsiz müddətə könüllü razılıq verir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bu razılıq yalnız İstifadəçi tərəfindən Administrasiyaya bu Razılaşmanın 10.4-cü bəndində nəzərdə tutulmuş qaydada məlumat verildiyi təqdirdə geri götürülə bilər.

8.4. İstifadəçi şəxsi məlumatlarının işlənilməsini istəmirsə, o zaman istənilən formada yazılmış Ərizə ilə Administrasiyaya (Dəstək Xidmətlərinə) yazılı müraciət etməlidir. Bu halda İstifadəçidən alınan bütün məlumatlar Platformanın məlumat bazasından silinir ki, bu da İstifadəçiyə xidmətlərin göstərilməsinin davam etdirilməsini qeyri-mümkün edir.

8.5. Administrasiya İstifadəçinin yalnız Platformada yerləşdirdiyi şəxsi məlumatlarını emal edir. İstifadəçinin şəxsi məlumatları Platformanın proqram təminatı, cihaz və texniki vasitələrindən istifadə edilməklə işlənir.

8.6. İstifadəçilərin şəxsi məlumatlarının emalının məqsədi Platformanın fəaliyyətini və sonradan Administrasiya tərəfindən İstifadəçiyə xidmətlərin göstərilməsini təmin etmək üçün Platformanın istifadəçilərinin məlumat bazasını yaratmaqdır.

8.7. Bu Razılaşmanın şərtlərindən birbaşa irəli gələnlər istisna olmaqla, fayda əldə etmək və/və ya hər hansı digər məqsədlər üçün, İstifadəçi digər şəxslərin şəxsi məlumatlarını onların razılığı olmadan Platformada yerləşdirməməyi, habelə digər şəxslərin şəxsi məlumatlarından qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmayan heç bir şəkildə qanunsuz və ya qeyri-leqal məqsədlər üçün istifadə etməməyi öhdəsinə götürür.

8.8. Administrasiya qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, İstifadəçidən aldığı məlumatları açıqlamamağı öhdəsinə götürür.

8.9. Administrasiya İstifadəçi qarşısında öhdəliklərini yerinə yetirmək üçün Administrasiya ilə müqavilə əsasında fəaliyyət göstərən kontragentlərə və ya üçüncü şəxslərə məlumat verməsi pozuntu hesab edilmir. Qanunun tələblərinə uyğun olaraq məlumatların açıqlanması pozuntu hesab edilmir.

8.10. Administrasiya İstifadəçinin şəxsi məlumatlarının arxiv surətini saxlamaq və İstifadəçinin razılığı olmadan bu məlumatları məhkəmənin qərarı əsasında və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda dövlət orqanlarına, o cümlədən təhqiqat və istintaq orqanlarına və yerli özünüidarəetmə orqanlarına ötürmək hüququna malikdir.

8.11. Tərəflər anlayır ki, Platformanın nasazlığı, virus və ya haker hücumu, texniki nasazlıqlar və digər hallar nəticəsində İstifadəçinin şəxsi məlumatları digər şəxslər üçün əlçatan ola bilər. İstifadəçi bununla bağlı Administrasiyaya qarşı heç bir iddia irəli sürməyəcəyinə razılıq verir.

9. Məsuliyyətin məhdudlaşdırılması

9.1. İstifadəçi razılaşır ki, o platformanın xidmətlərindən riskləri və məsuliyyəti öz üzərinə götürməklə istifadə edir.

9.2. İstifadəçi platformanın xidmətlərindən istifadə nəticəsində ona qarşı qaldırılan iddialar və ya onun tərəfindən irəli sürülən iddialardan irəli gələn mübahisələri Administrasiyanı cəlb etmədən həll edəcəkdir.

9.3. İstifadəçi Administrasiyanı platformanın xidmətlərinin keyfiyyəti və qüsurları ilə bağlı əldən çıxmış fayda, dəymiş mənəvi və maddi ziyan üzrə məsuliyyətdən azad edir və Administrasiyanın maddi ziyana görə İstifadəçi qarşısında məsuliyyəti İstifadəçi tərəfindən ödənilmiş vəsait məbləğində məhdudlaşıdırlır.

9.4. İstifadəçi bəyan edir ki, sifariş edilən xidmətləri qanunvericiliklə qadağan edilməyən məqsədlər üçün istifadə edəcəkdir, bu cür xidmətlərin nəticəsinin istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə şəxsən məsuliyyət daşıyır.

9.5. Platforma üzərindən İstifadəçinin 3-cü şəxslərə verdiyi məlumatlar, şərhlər, qeydlər və açıqlamaların məzmunu ilə bağlı, habelə qanunvericiliyin tələblərinin, 3-cü şəxslərin hüquqlarının pozulmasına görə İstifadəçi şəxsən məsuliyyət daşıyır.

10. Fors-major

10.1. Hazırki Razılaşma üzrə öhdəliklərini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən Tərəf, öhdəliyi yerinə yetirməməsini fors-major halların, yəni konkret vaxt hüdudunda meydana gələn qarşısı alınmaz fövqaladə hallar səbəbindən baş verməsini sübut etdiyi halda, heç bir məsuliyyət daşımır. Qarşısı alınmaz hallar aşağıdakılardır: təbii fəlakətlər (zəlzələ, daşqın, vulkan püskürməsi, torpaq sürüşməsi, sunami və s.), Müqavilə üzrə öhdəliklərin icra edilmə yerində insan üçün normal həyat fəaliyyəti istisna edən küləyin gücü, hərarəti və çöküntülərin dərəcəsi; icra hakimyyəti orqanlarının moratoriumları və Tərəflərin icra olunmalı öhdəliklər üçün fövqaladə hal kimi müəyyən edə bildikləri digər hallar.

10.2. Fors-major hallarının təsiri altına düşən Tərəf bu barədə digər Tərəfi belə halların başlandığı andan 10 (on) təqvim günü müddətindən gec olmayaraq xəbərdar etməlidir. Digər tərəfi vaxtında xəbərdar etməmə halı fors-major halına əsaslanma hüququ vermir.

11. Digər şərtlər

11.1. Bu Razılaşma-oferta İstifadəçi tərəfindən aksept olunduğu andan qüvvəyə minir və müddətsiz olaraq qüvvədədir.

11.2. Administrasiya istənilən vaxt birtərəfli qaydada bu Razılaşmaya dəyişikliklər edə bilər. İstifadəçinin platformadan istifadəni davam etdirməsi dəyişikliklərlə razı olması və onu qəbul etməsi hesab olunur.

11.3. Tərəflərin hər hansı biri digər tərəfə bildiriş göndərməklə bu Razılaşmanı birtərəfli qaydada ləğv edə bilər. Tərəflərin təqdim etdiyi və ya İstifadəçinin qeydiyyat zamanı təqdim etdiyi elektron poçt ünvanlarına bildiriş göndərilməsi onun təqdim edilməsi sayılır.

11.4. İstifadəçi platformadan 6 (altı) ay fasiləsiz istifadə etmədikdə, Administrasiya İstifadəçiyə bildirmədən onun qeydiyyatını bloklaşdıra və ya ləğv edə bilər.

11.5. Bu Razılaşmadan irəli gələn mübahisələr Tərəflər arasında danışıqlar yolu ilə, danışıqlar nəticə vermədikdə Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

11.6. Tərəflər bu Razılaşmanın, Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulmasına görə məsuliyyət daşıyırlar.

11.7. Tərəflər bu Razılaşmadan irəli gələn məsələlərin həlli və münasibətlərin həyata keçirilməsi ilə əlaqədar məlumatları əgər Razılaşmanın şərtlərindən və qanunvericiliyin tələblərindən ayrı qayda irəli gəlmirsə məxfi saxlamağı öhdəlik götürürlər.

11.8. Bu Razılaşma Azərbaycan dilində bağlanır, ikitərəfli imzalanma tələb etmir və Tərəflər üçün elektron formada etibarlıdır.

12. Tələbin güzəşti

12.1. Administrasiya bu Razılaşma üzrə bütün və ya istənilən hüquqlarını və ya öhdəliklərini bütövlükdə və ya qismən varisə və ya digər üçüncü şəxslərə İstifadəçinin ilkin razılığı olmadan güzəşt etmək hüququna malikdir.

12.2. İstifadəçi buradakı hər hansı hüquq və ya öhdəliklərini tam və ya qismən güzəşt etmək hüququna malik deyil.

13. Administrasiyanın rekvizitləri: fərdi sahibkar Yolçuyev Ruslan Kamran oğlu VÖEN:1600929402